Ana oğlu tərəfindən girov götürüldü

Türkiyənin İstanbul şəhərində oğlu öz anasını girov götürüb.

Gununsesi.info xəbər verir ki, hadisə İstanbulun Şişli rayonunda baş verib.

HTML tutorial

Əvvəlcə oğlu anasını bıçaqla hədələyərək otağa qapadıb. Daha sonra onun bayıra çıxmasına icazə verməyib.

Onun psixoloji problemləri olduğu qeyd edilib.

Hadisə yerinə polis qrupları cəlb olunub.

Girov götürülən qadın polislər tərəfindən xilas edilib.

Gununsesi.info