On il öncə oğlu ilə evlənən ana, daha sonra qızı ilə evləndiyi ortaya çıxıb. Bu hadisə bəlli olduqdan sonra o həbs edildi.
Gununsesi.info “milliyet”ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Oklahoma ştatında baş verib. Övladlarına valideynlik etmək hüququnu itirən 45 yaşlı Patrisia Spann 2014-cü ildə nənəsi yanında böyüyən Misti ilə təkrar bir araya gəlir və 2016-cı ildə onlar evlənirlər.
25 yaşlı qızı ilə evlənən ana aralarında hər hansı bir problem yaşanmayacağını bildirsə də, bir müddətdən sonra qızı bu evlilikdən imtina edib. Məhz bundan sonra qız anasının bu iyrənc əməllərini ortaya çıxarıb.
İllər öncə iki oğul və bir qız uşağı üzərində valideynlik hüququnu itirən ananın 2008-ci ildə oğullarından biri ilə evləndiyi də bəlli olub. Ana ilə oğulun evlilik müddəti 15 ay çəkib. Bu evlilikdən də oğul imtina edib.
Polisə günahlarını etiraf edən qadın iki il müddətidnə azadlıqdan məhrum edilib.
Gununsesi.info