Ana öz körpəsini öldürdü

  • By admin
  • 14 Oktyabr 2016 16:15

ana

Yassıkışla kəndində yaşayan 20 yaşlı Ayşə adlı qadın öz körpəsinin canına qıyıb.
Gununsesi.info “Türkiye” qəzetinə istinadən xəbər verir ki, Amasyanın Göynücek mahalına bağlı Yassıkışla kəndində yaşayan Ayşə həyat yoldaşı Nuhun evdə olmadığı sırada Elif adlı 18 günlük körpəsini öldürüb.
Məlumata görə, ağlayan körpəni sakitləşdirə bilməyən Ayşə, əsəbindən öz körpəsini divardan-divara çırpıb.
Başından aldığı zərbədən sonra qan içində olan körpə xəstəxanaya çatdırılıb. Hakimlərin bütün səylərinə baxmayaraq, azyaşlını xilas etməm mümkün olmayıb.
Sözügedən qadın polis tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Amasya Rayon Polis İdarəsində araşdırma aparılır.

Anar
Gununsesi.info