Ana uşağı üçün kömək istədi – FOTO

  • By admin
  • 04 Aprel 2021 08:51

2007-ci il təvəllüdlü Elxan Mikayılovun sizin yardımınıza ehtiyacı var. Balaca Elxan anadangəlmə talessemiya xəstəsidir və hazırda xəstəliyin ağır formasını yaşayır.

 Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Amilla Mikayılova məlumat verib.

Ananın sözlərinə görə, Elxan 2013-cü ildən Talessemiya Mərkəzində qeydiyyata alınıb:

“Onun xəstəliyi barədə gec xəbər tutmuşuq. Hazırda Elxana qan köçürülsədə orqanizm buna reaksiya vermir. Həkimlərin sözlərinə görə, Elxanın sağlamlığına qovuşması üçün ona ilik nəqli edilməlidir. Bu əməliyyat Türkiyədə aparıla bilər. Bu gün Türkiyə bu prosedurun qiyməti 80 min dollardır. Eyni prosedur Almaniyada isə 120 min dollara başa gəlir”.

Elxana kömək etmək istəyən şəxslər aşağıdakı nömrələrlə ailə ilə əlaqə saxlaya və ya kart hesabına pul köçürə bilərlər:

Ödənişləri “MilliÖn” və “E-manat” ödəniş terminalları ilə yardım etmək mümkündür

Elxanın anası Amila Eyvazovanın əlaqə telefonu: (050) 481-29-48

Gununsesi.info