Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.
Gununsesi.info xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində yaşayan 44 yaşlı Samirə Nəzərova, onun 15 yaşlı qızı və 23 yaşlı oğlu dünən səhər saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.
Onlar zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinə müraciət ediblər.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info