Ana və qız eyni vaxtda övlad dünyaya gətirdi

  • By admin
  • 29 Sentyabr 2017 17:22
1653777_940x531
Eyni zamanda hamilə qalan ana və qızı elə eyni gündə də dünyaya övlad gətirdi.
Gununsesi.info xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib.
Valideynləri dünyaya gələn iki oğlan uşağının birinə Rəcəb, digərinə isə Tayyib adını qoyublar. Onlar bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bir vəfa borcu olaraq qoyublar.
Suriyadakı münaqişə nəticəsində 3 il bundan öncə ölkəsini tərk edən suriyalı türkmən qadını 42 yaşlı Fatimə Birinci ilə 21 yaşındakı qızı Cade Birinci eyni gündə övlad dünyaya gətirib. Xəstəxana rəhbərliyi tərəfindən ana və qıza hədiyyə verilib. Ana və qız, eyni zamanda övladlar sağlamdır.
Gununsesi.info