Ana və qızı dəm qazından zəhərləndi

Zaqatalada ana və azyaşlı qızı dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə Zaqatala şəhər ərazisində baş verib.

HTML tutorial

Zaqatala rayon sakinləri, 1996-cı il təvəllüdlü Əhmədli Nuranə Nemət qızı və onun azyaşlı övladı 2015-ci il təvəllüdlü Həmidova Damla Hucay qızı  zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  müraciət ediblər. Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından ayrılan dəm qazından zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info