Ana Vətən Partiyasının Qadınlar Şurası Əlillər Günü münasibətilə görüş təşkil edib - FOTOLAR

  • By admin
  • 03 Dekabr 2022 21:06

Ana Vətən Partiyasının Qadınlar Şurası 3 Dekabr Əlillər Günü münasibətilə Sumqayıt şəhərində əlilliyi olan bir qrup şəxslərlə görüş təşkil etdi.

Tədbirdə AVP-nin ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən qadınlarla yanaşı, fiziki məhdudiyyətli yaradıcı xanımlar da iştirak etdilər. İlk öncə əlil xanımların əl işlərinə baxış keçirildi, satışa dəstək göstərildi. Daha sonra AVP – nin Qadınlar Şurasının sədri Günay Ağamalı bu cür görüşlərin vacibliyindən danışaraq xanımlara AVP sədri, millət vəkili Fəzail Ağamalının salamlarını çatdırdı. Qadınların cəmiyyətdəki rolundan söhbət açan Günay Ağamalı qadınların ölkənin Birinci – Vitse Prezidenti Mehriban Xanım Əliyevadan ruhlandıqlarını, ondan stimul aldıqlarını önə çəkdi. Bütün dövrlərdə olduğu kimi bu gün də ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olan xanımlara ən xoş və səmimi diləklərini yetirdi. Müasir dövrdə Azərbaycan xanımlarının ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı, dövlət qurumlarında da təmsil olunmaqları xanımlara verilən dəyər kimi qiymətləndirilir. Bu bütün qadınların uğurudur.

Görüşdə AVP Qadınlar Şurasının sədr müavini Səbinə Kərimova, Millət Vəkili Fəzail Ağamalının köməkçisi Xidmət Orucov və AVP – nin bir neçə fəalları da iştrak edirdilər.

Gununsesi.info