
“Anadolu” agentliyinin operatoru Məhəmməd əl-Alul İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbə nəticəsində dörd uşağı və üç qardaşını itirib.
Gununsesi.info xəbər verir ki, hücum zamanı jurnalistin həyat yoldaşı, valideynləri və daha bir uşağı yaralanıb.
Bir gün əvvəl İsrailin Qəzzanın mərkəzindəki əl-Mağazi qaçqın düşərgəsinə təşkil etdiyi hava hücumu zamanı operator əl-Alulun evi tamamilə dağıdılıb.
Operatorun həyat yoldaşının vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.
İsrailin bir gecədə Qəzza zolağında Əl-Məğazi qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 51 nəfər ölüb, onlarla insan yaralanıb.
Gununsesi.info