16-19 iyun tarixləri aralığında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.
Gununsesi.info xəbər verir ki, 16 iyun tarixində Forum iştirakçıları Medianın İnkişafı Agentliyində olublar.
Görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.