Dağıstanın Dərbənd rayonunun Cəmikənd yaşayış məntəqəsinin sakinləri mərhum qohumlarına hörmətsizlik edən qonşunu özləri məhkəməsiz cəzalandırmaq qərarına gəliblər. Lenta.ru-nun məlumatına görə, bununla bağlı kadrlar respublika DİN-i tərəfindən yayımlanıb.
Gununsesi.org xəbər verir ki,Qurumdan bildirilib ki, kənd sakinləri analarının qəbrini təhqir edən qonşuya qəzəbləniblər.
“Bu, məzarın dağıdılması və ya zədələnməsi deyil, etik səbəblərdən bəhs etmədiyimiz bir hərəkətdir”, – deyə məlumatda vurğulanıb.
Bildirilir ki, mərhum qadınla düşmən münasibətdə olan qonşu o öləndən sonra intiqam almaq istəyib.
Kadrlarda heyvan təzəyi olan kisələr də görünür. Ehtimal ki, bu, qonşudan analoji üsulla intiqam alınması üçün nəzərdə tutulubmuş.
Hadisə ilə bağlı istintaqa başlanılib.
Qeyd edək ki, Cəmikənd sakinləri etnik azərbaycanlılardan ibarətdir. Yayılan videoda kəndlilərin Azərbaycan dilində danışığı eşidirir.