ANAMA: “Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir”

  • By admin
  • 26 May 2023 12:08

“Ərazilərin təmizlənməsi zamanı ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır”.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransda çıxışında ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib.

O bildirib ki, Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ kopiyalarıdır, amma müəyyən dərəcədə fərqlənirlər.

Gununsesi.info