ANAMA 11 ədəd tank əleyhinə mina zərərsizləşdirib

  • By admin
  • 07 Oktyabr 2016 12:43
mina
ANAMA sentabrda 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina zərərsizləşdirib.
Bu barədə Gununsesi.info-ya ANAMA mətbuat xidmətindən verlib.
Məlumatda bildirilir ki, 2016-cı ilin sentyabr ayı ərzində 2 670 572 m2 ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 498 nəfər əməliyyat heyəti və 124 nəfər inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 388 380 893 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752 243 -dir.
Sentyabr ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
Sentybarda minadan zərərçəkən olmayıb.
Gununsesi.info