Ağdamda ANAMA-nın minaya düşən əməkdaşının son durumu AÇIQLANDI – YENİLƏNİB

Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

ANAMA-nın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.

——-

13:57

Ağdamda ANAMA əməkdaşı minaya düşüb.

Gununsesi.info ANAMA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün rayonun Sarıcalı kəndi ərazisində baş verib.

1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.

 

 

Gununsesi.info