ANAMA-nın aşkarladığı silah-sursat açıqlandı - SİYAHI

  • By admin
  • 10 Oktyabr 2020 12:00

“Aparılan humanitar fəaliyyətlərimiz nəticəsində bir ədəd aviabomba (OFAB-100), 23 ədəd 300 mm-lik raket (9M528), bir ədəd 9M528 raketinin mühərrik və döyüş başlıqlı hissələri aşkarlanıb”.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməliyyatlar üzrə meneceri Elnur Qasımov Bərdədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, agentlik tərəfindən bir ədəd 300 mm-lik 9M55K kaset döyüş başlığından ibarət raketin döyüş başlığı aşkarlanıb:

“35 ədəd top mərmisi, 12 ədəd tank əleyhinə reaktiv raketlər, bir ədəd raketin təzyiq akkumulyatoru, bir ədəd tank əleyhinə idarə olunan raket aşkar olunub. Bugünədək tərkibində partlayıcı maddə olan 707 ədəd sursat tapılıb”.

“Kaset sursatlarından mülki ərazilərə qarşı istifadə olunması pislənən haldır. Bugünədək 598 ədəd kaset sursatı aşkar olunub. Kaset sursatlarından mülki əhaliyə qarşı istifadə edilməsi cinayətdir”, – deyə agentlik rəsmisi qeyd edib.

Gununsesi.info