ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü -Foto

  • By admin
  • 19 Noyabr 2021 23:39

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.

Gununsesi.info “Qafqaz.info”ya istinadən əldə etdiyi məlumata görə, hadisə günorta saatlarında baş verib.

HTML tutorial

Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya faktı təsdiqləyiblər.

Gununsesi.info