“Anamı 29 yaşında bətnindəki körpəsi ilə itirmişik” - ŞƏBNƏM TOVUZLU (VİDEO)

  • By admin
  • 20 İyun 2017 17:16
sebnem4
ARB-də yayımlanan “Gəlin danışaq” verilişinin bu buraxılışının qonağı qalmaqallı müğənni Şəbnəm Tovuzlu olub.
Gununsesi.info xəbər verir ki, Şəbnəm Tovuzlu verilişdə maraqlı etiraflar edib.
“Mən ilk dəfə bu verilişdə açıqlayıram ki, Tovuzda doğulmamışam. Heç bir efirdə bu açıqlamanı verməmişəm. Anam və atam tələbə olub. Bakıda ailə qurublar. Mən “Sovetski” də doğulmuşam. 1 yaş 6 aylığa qədər Bakıda böyümüşəm. Anamı 29 yaşında bətnində bir körpə ilə itirmişik. O, dəm qazından dünyasını dəyişib. Anamı Tovuzda dəfn etdilər. 40 gün keçdikdən sonra atam məni Bakıya gətirmək istəyib, amma icazə verməyiblər. Deyiblər ki, cavansan, ailə quracaqsan. Məni xalam böyüdüb”.

Gununsesi.info