“Anar Ələkbərov bütün tənqid və təkilfləri yazdı, onları Prezidentə çatdıracağını söylədi” – ERKİN QƏDİRLİ / FOTOLAR

  • By admin
  • 22 İyul 2020 09:13

Bu gün Prezidentin köməkçisi Anar Ələkbərovun təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində bir görüşdə iştirak etdim və görüş 3 saat sürdü. Görüşdə koronavirus epidemiyası ilə bağlı durum və hökumətin gördüyü tədbirlər müzakirə olundu. Çox açıq söhbət oldu, tənqidlər və təkliflər səsləndirildi.

Gununsesi.org bildirir ki, Etikxeber.az-ın xəbərinə görə, millət vəkili Erkin Qədirli deyib.

“Mən də tənqidi firkilərimi söylədim. Qısa danışdığıma görə üstünlüyü hüquqi problemlərə verdim-Konstitusiya ilə uyğunsuzluq, qanunvericiliyin adekvat olmaması, cərimələrindirmə siyasətində yanlışlıqlar, vətəndaşların məhkəməyə şikayət etmək imkanları və sair. Anar bəy bütün tənqid və təkilfləri yazdı və Prezidentə çatdıracağını söylədi, görüşlərin davamlı olacağını da bildirdi. Sağ olsun. Belə görüşlərin ardı və nəticəsi olarsa, xeyli yaxşı iş görmək olar”-deyə, o, əlavə edib.

18:32

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb.

Görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub.

Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində yoluxmaların sayının azalmasına nail olunub.  Xarici ölkələrdən cəlb olunan mütəxəssislər virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərirlər və artıq müsbət nəticələr əldə etmək mümkün olur. Anar Ələkbərov görülən işlərdə dövlətin çağırışlarına dərhal cavab verən, dəstək göstərən özəl sektorun rolunu da xüsusi qeyd edib. Bildirib ki, xarici mütəxəssislər də ölkəmizdə bu işin daha yaxşı və düzgün aparıldığını dəfələrlə vurğulayıblar.

Bütün bunlar ölkəmizin tezliklə bu ciddi problemin öhdəsindən gələcəyini deməyə əsas verir. Bunun üçün daha həmrəy olmalı və vətəndaş kimi məsuliyyətimizi artırmalıyıq. Xüsusi karantin rejimində proseslərin mərhələli şəkildə yumşaldılmasından danışan Anar  Ələkbərov addımların düşünülmüş şəkildə atıldığını, hazırkı dövrdə pandemiyanın yenidən sürətlə yayılması təhlükəsinin aradan qaldırılması üçün vətəndaşların dövlətlə həmrəylik nümayiş etdirməsinin və medianın, ictimaiyyət nümayəndələrinin bu sahədə təbliğatla bağlı dəstəyinin vacibliyini vurğulayıb.

Görüşdə eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr müzakirə olunub və işğalçı Ermənistanın növbəti təxribatının fonunda insanların  yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi nümayiş etdirdiyi bildirilib. Qeyd olunub ki, həmrəylik təkcə Azərbaycan daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşanır. Müxtəlif dövlətlərdə yaşayan azərbaycanlılar Azərbaycanın haqq səsini çatdırmaq üçün birləşiblər. Amma bununla yanaşı sosial şəbəkələrdə insanlara qorxu, panika hissini aşılamağa çalışanlar da var. Belə xoşagəlməz halların qarşısını almaq üçün isə imkanlarımızı səfərbər etməliyik. Bu istiqamətdə ictimai həyatda fəal olan şəxslərin fikirlərinin, təkliflərinin əhəmiyyətli olduğu bildirilib.ƏTRAFLIM&M

Görüşdə çıxış edən yazıcılar, şəhidlərin ailə üzvləri, jurnalistlər,  millət  vəkilləri, hüquqşunaslar və incəsənət xadimləri belə bir formatda görüşün təşkilinə görə minnətdarlıq ediblər. İctimai xadimlər pandemiya dövründə vətəndaşları narahat edən məsələlərə toxunub, öz fikirlərini və təkliflərini bildiriblər.

Çıxış edənlər sosial mediada aparılan təxribatlardan danışıblar və Azərbaycanın müharibə şəraitində olan bir dövlət kimi bunun qarşısını almaq  üçün effektiv mexanizmlər tətbiq etməli olduğunu vurğulayıblar. Görüşdə ictimai xadimlərin suallarını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi səslənən fikirlərin əhəmiyyətini qeyd edib və təkliflərin nəzərə alınacağını bildirib.

Gununsesi.org