Anar Bağırov özünü yandıran vəkildən danışdı

  • By admin
  • 01 Yanvar 2024 20:15

Zaur Məmmədovun kollegiya ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi”.

Bunu Gununsesi.info-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Zaur Məmmədovun intihar etməsi faktına münasibət bildirərkən deyib.

Anar Bağırovun sözlərinə görə, olay haqqında eşidərəndə Salyan Bürosunun sədri ilə danışıb:”Büro rəhbəri dedi ki, son zamanlar gərgin idi. Amma kollegiya ilə arasında hansısa problem olmayib. Hər halda araşdırma zamanı onun niyə intihar əl atması üzə çıxacaq“.

 

Elmar

Gununsesi.info