Anar Bağırov sədrliyə ilk seçiləndə verdiyi vədi yerinə yetirdi - VƏKİL YUSİF ALLAHVERDİYEV YAZIR

  • By admin
  • 07 Dekabr 2022 18:40

06 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinə seçkilər keçirilmiş və hörmətli sədrimiz Anar Bağırov yenidən 5 il müddətinə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir.
Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinə sədrlik etdiyi ötən 5 il ərzində vəkillik özünün ən yüksək intibah dövrünə çatmış və vəkilliyin nüfuzu hər gün artmışdır.
Ötən 5 il ərzində vəkilliyə hər il mütəmadi yazılı və şifahi imtahanlar keçirilmiş, məhz bunun nəticəsində həmin 5 il ərzində vəkil olmaq istəyən hüquqşünasların sayı durmadan artmış və 2017-ci ilədək olan dövrlə müqayisədə ölkədə vəkillərin sayı 2,5 dəfə artaraq 2267 nəfərə çatıb. Bunun nəticəsində də, Azərbaycan Respublikası Vəkillər Kollegiyası beynəlxalq arenada böyük nüfuz əldə etmişdir.

Bunun bariz nümunəsi olaraq İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Vəkillər kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının Plenar iclasında qurumun (CCBE-nin) üzvi seçilmişdir.

Vəkilliyin nüfuzu ölkəmizdə dayanmadaan artmaqda davam edir.

5 il əvvəl Vəkillər Kollegiyasının sədri seçiləndə verdiyi vədi bu dəfə də təkrar edərək “Mən hər bir vəkilin vəkili olacağını” vurğulamışdır.

Bir daha başda Anar Bağırov olmaqla Vəkillər Kollegiyasının Rəyasət Heyətinə, sədr müavinlərinə və İntizam Komissiyası üzvlüyünə seçilmiş həmkarlarımızı təbrik edir, onlara işlərində daim uğurlar arzu edirik.

 

Yusif ALLAHVERDİYEV

VƏKİL