Anar Bağırov vəkilin döyülməsi ilə bağlı xəbərə reaksiya verdi

  • By admin
  • 16 Avqust 2021 18:07

Xəbər verdiyimiz kimi, Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı zala daxil olan vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırove-huquq.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib.

“Vəkil tərəfindən mənə şifahi qaydada müraciət olunub. Hadisə ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlamışam. Hazırda Şirvan Şəhər Prokurorluğunda aparılan araşdırmaların nəticəsini gözləyirəm. İnanıram ki, məsələ ədalətli və obyektiv şəkildə araşdırılacaq”, – deyə A.Bağırov qeyd edib.

Qeyd edək ki, faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar aparılır.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov isə e-huquq.az-a açıqlamasında yayılan məlumatın həqiqəti əks etdirmədiyini, faktsız və sübutsuz olduğunu deyib.

Gununsesi.info