Anar Çingiz Abdullayevi “Azərbaycan dili və ədəbiyyatı forumu”na qəsdən göndərib -Şərif Ağayar

Çingiz Abdullayevdən çox yazdılar, amma indi deyəcəyim məqamı heç kim tutmadı. Demək, Çingiz müəllim Anardan sonra AYB sədrliyinə namizəd kimi adı ən çox hallanan adamdır. Anar xəstəliyini bəhanə gətirərək onu “Azərbaycan dili və ədəbiyyatı forumu”na qəsdən öz nümayəndəsi kimi göndərdi.

Yoxsa adam nə qədər məntiqsiz olar ki, Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu kimi Azərbaycan dilində səlist yazan və danışan katibləri qoyub, bu dillə bağlı foruma bu dildə bir cümlə də yazıb-danışa bilməyən adamı göndərsin?

Məqsəd?

Əlbəttə, biabır etmək!

Və nail oldu!

Çingiz muallim, sizin də bir az taktikanız olsun də. Heç kim demir, Azərbaycanca yanıltmac deyin, sadəcə bu dillə bağlı foruma qatılmayın – bu qədər bəsit…

Lap Şuşa yolundakı şuba geyinmiş eko-etirazçı yadıma düşdü. Göyərçin əlində öləcək də, zalımı çıxmış…

Şərif Ağayar