Anar Eyvazova yüksək vəzifə verildi

Müdafiə Nazirliyinin Mətbuat xidmətinə rəis təyin olunub.

Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, polkovnik Anar Eyvazov 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, A.Eyvazov bundan əvvəl nazirliyin Mətbuat xidmətinin rəis müavini vəzifəsində xidmət edirdi.