Anar Kərimov vətəndaşlarla görüşdü

  • By admin
  • 15 Aprel 2022 15:28

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

Gununsesi.info xəbər verir ki, 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov aprelin 15-də Xaçmaz və Şabran sakinləri ilə görüşdü.

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoydular.

Daha sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirildi.

Qəbulda nazir Anar Kərimov Xaçmaz və Şabran rayonlarından sakinlərin müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləndi. Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı oldu.

Nazir müraciətlərdə qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.

Gununsesi.info