Anar Kərimovla Vasif Talıbovun bu görüntüsü gündəm oldu - FOTO

  • By admin
  • 23 Dekabr 2022 21:32

Sabiq mədəniyyət naziri Anar Kərimovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla çəkilmiş fotosu yenidən gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki vəzifəlinin tutduqları postdan azad olunması sosial şəbəkələrdə bu fotoya maraqlı şərhlərin yazılmasına səbəb olub.

Xatırladaq ki, foto aprelin 25-də Anar Kərimovun Naxçıvan səfəri zamanı çəkilib. Sabiq nazir Vasif Talıbova “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.

Gununsesi.info