Anar Kərimov ABŞ-da muzeydə oldu

  • By admin
  • 05 May 2022 15:51

Anar Kərimov Metropoliten muzeyində olub.

Gununsesi.info xəbər verir ki, Anar Kərimov ABŞ səfərinin növbəti günü Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində olub.

Muzeyinin direktoru Deniel Veyslə ilə görüş çərçivəsində mədəniyyət naziri bir sıra mühüm məsələləri müzakirə edib. Metropoliten muzeyinin Azərbaycan muzeyləri ilə  təcrübə və metodologiya mübadiləsi, təlim proqramlarının keçirilməsi haqda fikir mübadiləsi aparılıb.

Sərgi və digər tədbirlərin keçirilməsinə dair, həmçinin Anlaşma Memorandumunun imzalanması ilə bağlı imkanlar, gələcək sıx əməkdaşlığın sahələri barədə danışıqlar aparılıb.

Gununsesi.info