Anar Məmmədli: "Osman Kavala "Vatslav Havel" mükafatını haqq edir"

  • By ilhame
  • 10 Oktyabr 2023 22:14

Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Türkiyədə hazırda həbsdə olan ictimai fəal, iş adamı Osman Kavalaya “Vatslav Havel” mükafatı verilib.
Qeyd edək ki, Azərbaycanda bu mükafatı keçmiş siyasi məhbus Anar Məmmədli həbsdə olarkən alıb.
Gununsesi.info-ya açıqlamasında Anar Məmmədli “Vatslav Havel” mükafatının Osman Kavalaya verilməsindən danışıb.

 

Anar Məmmədli deyir ki, Osman Kavala siyasi motivlərlə həbsdə olan hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalıdır: “O, Gəzi olaylarına görə həbs edilib. Düşünürəm ki, Avropa İnsan Haqları Məhkəməsinin onun azadlığa çıxması ilə bağlı qərar icra olunmalıdır və Osman Kavala göstərdiyi xidmətlərə görə “Vatslav Havel” mükafatına layiq bir şəxsdir. Türkiyə hökuməti isə onu dərhal azadlığa buraxmalıdır. Cunki, onunla bağlı məhkəmə qərarları ədalətli şəkildə aparılmayıb. Avropa İnsan Hüquqları Məhkəməsi bununla bağlı göstərir ki, onun işində sifariş var və o, hökumətin siyasi sifarişi əsasında və eyni zamanda məhkəmənin sifarişli təzyiqinin təsiri nəticəsində həbs edilib, həbsdə saxlanılıb və azadlıqdan mərhum edilib”.

İlhamə
Gununsesi.info