Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin azad edilməsinə çağıran kampaniya çərçivəsində iyulun 26-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilə məktub ünvanlanıb.
Gununsesi.info xəbər verir ki, “Progress & Change Action Lab” beynəlxalq qeyri-hökumət təşkilatının prezidenti Florian İrmingerin imzası ilə ünvanlanan məktubda insan haqları fəallarının və jurnalistlərin həbsinin COP29 ərəfəsində Azərbaycanda ictimai dialoqu mümkünsüz etdiyi vurğulanır.
Bildirilir ki, Anar Məmmədli ilə yanaşı çoxsaylı hüquq müdafiəçisi, jurnalist və fəalların həbs edilib.
İrminger qeyd edir ki, daha əvvəl də həbsə məhkum edilən Anar Məmmədlinin bu dəfə “xarici valyuta qaçaqmalçılığı” ilə ittiham edilir.
Hüquq müdafiəçiləri BMT rəsmisi Saymon Stildən Məmmədlinin və digər siyasi məhbusların azad edilməsini tələb etmək, COP29-da vətəndaş cəmiyyətinin inklüziv iştirakını təmin etmək və konransa ev sahibliyi sazişini dərc etmək üçün öz mövqeyindən istifadə etməyə çağırırlar.
Günay
Gununsesi.info