Lənkəran Rayon Polis Şöbəsinə rayonun Digah kəndi ərazisində narkotik vasitə hesab olunan çətənə kolları becərilməsi barədə məlumat daxil olub. Gununsesi.info xəbər verir ki, 34 yaşlı Digah kənd sakini Anar Xubəli oğlu Məmmədovun həyətyanı sahəsinə baxış keçirən polis əməkdşları oradan, xüsusi aqrotexniki qaydada becərilmiş 274 çətənə kolu aşkar edilərək götürülüb. Axtarış zamanı Anar Məmmədovda 1 kiloqram qurudulmuş marixuana və 16 kalibrli ov tüfəngi də polis əməkdaşları tərəfindən aşkar edib. Çətənə kolları, marixuana və ov tüfəngi maddi sübut kimi götürülüb. Anar Məmmədov isə istintaqa cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Anar Məmmədov əvvəllər məhkum olub, sonuncu cinayət əməlini törətdikdən sonra istintaqdan yayınaraq axtarışa verilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info