Anar Məmmədov rus klubunda direktor oldu

Rusiyanın “Ximki” klubunun yeni idman direktoru bəlli olub.

Gununsesi.info Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə soydaşımız Anar Məmmədov təyin edilib.

HTML tutorial

Onun haqqında yer alan məlumatlarda bildirilir ki, azərbaycanlı futbol funksioneri daha əvvəl klubun seleksiya şöbəsində çalışıb.

Qeyd edək ki, “Ximki” 10 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Gununsesi.info