Anar Nağılbaz intihar edir?

  • By admin
  • 03 Fevral 2017 11:20

maxresdefault

Azərbaycanda repin banisi, adı daha çox qalmaqallarda hallanan  repçi Anar Nağılbaz intihar etməyin yollarını axtarır.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda reper sosial şəbəkədəki səhifəsində yazıb: “Yox olmağ istəyirəm. Rahat qaydasını kim bilir?”. Ona təsəli verənlərə isə A.Nağılbaz “ Allah Azərbaycanı, azərbaycanlıları qorusun!”-, cavabını yazıb.

Xatırladaq ki,  Anar Nağılbaz sabiq deputat  Rizvan Cəbiyevin oğludur. Ailəlidir, iki övladı var. O 1974-cü il martın 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. Son illər siyasi hərəkatlarda fəallıq göstərib.

Gülnaz Qənbərli

Gununsesi.info