“Anarın maşınından 15 min manat oğurlandı” -Yenilənib - Video

Müğənni Zenfira İbrahimova xoşagəlməz hadisə ilə rastlaşıb.  

Gununsesi.info xəbər verir ki, sənətçi həyat yoldaşının avtomobilindən 15 min manat pulunun oğurlandığını bildirib.

HTML tutorial

O, instaqramdakı videopaylaşımında qeyd edib ki, hadisə Nərimanov rayonu ərazisində baş verib: “Həyat yoldaşım Anar Heydərovun maşınından avtoyuyucu məntəqəsində 15 min manatımız götürülüb. Şəxsiyyəti bilinməyən şəxs pulu götürüb və qaçıb. Gecədən polis həmin şəxsi axtarır, amma hələ də adam azadlıqdadır. Həmin şəxs Anarın telefonuna mesaj yazır ki, polisə şikayət etməyin, pulu qaytaracağam”.

***

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, oğurluq əməlində şübhəli bilinən şəxsin kimliyi müəyyən olunub: “Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

0

Gununsesi.info