
Anam ölmək istəmirdi, heç öləndə də başa düşə bilmədi ki, ölür.
Gununsesi.info kult.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Nüşabə Ələsgərli anası ilə bacısının vəfatı haqda danışarkən deyib. O, hələ də özünə gələ bilmədiyini bildirib:
“O öləndən sonra çox böyük depressiyaya düşmüşəm. Hamı mənə deyir ki, özünü ələ al, amma necə edim, həyatımın 48 ili ondan bir gün belə ayrı keçməyib. Bu ağrıya dözmək çətindir. Anam üçün, bacım üçün çox darıxıram”.
Qeyd edək ki, Nüşabə Ələsgərli 2015-ci ilin noyabr ayında 1 həftə ara ilə öncə anasını, daha sonra isə bacısını xərçəng xəstəliyindən itirib.
Gununsesi.info