Anası Ronaldunun “Qızıl top”u daha çox qazanmasına mafiyanın mane olduğunu açıqlayıb

  • By admin
  • 02 Noyabr 2019 12:52

“Futbol mafiyası olmasaydı, oğlumun daha çox “Qızıl top”u olardı”. 

Gununsesi.org-un məlumatına görə, bunu İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyru “SIC Noticias”a açıqlamasında deyib.

Aveyru bildirib ki, Ronaldu ispaniyalı və ya ingiltərəli olsaydı, onunla belə davranmazdılar: “Bu, oğlumun portuqaliyalı olması üzündən baş verir. Kriştianunun bu il “Qızıl top” alıb-almayacağını bilmirəm. Amma buna inanıram”.

Bu mövsüm Ronaldu İtaliya A Seriyasında 8 oyuna 5 qol vurub və 1 məhsuldar ötürmə verib. O, indiyədək 5 dəfə “Qızıl top” əldə edib. Eyni sayda nailiyyətə İspaniya “Barselona”sından Lionel Messi də imza atıb. 2018-ci ildə bu mükafatı “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç qazanıb.

 

Gununsesi.org