Anası tərəfindən taksiyə qoyulan körpədən xəbər var

Ötən gün anası tərəfindən taksidə qoyulan azyaşlı körpələr evinə təhvil verilib.

 

Gununsesi.info xəbər verir ki, körpənin taksidə tərk edilməsi ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

 

“Araşdırmalar zamanı məlum olub ki, körpənin aylar əvvəl uşaq evinə yerləşdirilməsi üçün müraciət olunub. Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib və körpələr evinə qoymayıb. Daha sonra taksiyə minib. Yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib”, – məlumatda bildirilir.

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən saytımıza verilən məlumata görə, uşaq danışa bilmir:

 

“Ana taksi sifariş edib. Daha sonra taksi sürücüsünə “su almağa gedirəm” deyib. Lakin o, geri qayıtmayıb. Sürücü bir saat gözlədikdən sonra uşağı Yasamal rayonu 29-cu Polis Şöbəsinə aparıb. 29-cu Polis Şöbəsi uşağı bizə gətirib. Onun heç bir sənədi yoxdur. Uşaq təqribən 3 yaş yarımlıqdır”.

 

 

Gununsesi.info