Anası Xocalı filminə baxıb qızına şəhidin adını qoydu, o da şəhid oldu - VİDEO

Türkiyənin NTV telekanalında yayımlanan “Empati” verilişinin qonağı olan aktrisa Burcu Biricik göz yaşlarına hakim ola bilməyib.

Gununsesi.info xəbər verir ki, buna səbəb 2017-ci ildə terror aktı nəticəsində şəhid olan müəllim Aybüke Yalçının həyat hekayəsi olub.

HTML tutorial

Aparıcı şəhid müəllim haqda bunları danışıb:

“Aybükenin ailəsi uşaqları yox ikən bir film izləyib. Film 1992-ci ildə Xocalı soyqırımında həyatını itirənlər uşaqlar haqqında imiş. Orada öldürülən balaca qız uşağının hekayəsi onları çox təsirləndirib. Bildiyiniz kimi, Xocalıda həyatını itirən 613 nəfər var. Həyatını itirən uşaqların birinin də adı Aybükedir. Anası filmi izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib, qız övladı olarsa, ona bu adı vermək qərarına gəlib”.

Qeyd edək ki, 22 yaşlı Aybüke Yalçın Batmanın Kozluk rayonunda 2017-ci il iyunun 9-da şəhid olub. Məktəbdən evinə qayıdan müəllim PKK-nın bələdiyyə sədri Veysi İşıkın avtomobilinə qarşı etdiyi hücumda yaralanıb və aparıldığı xəstəxanada həyatını itirib.

Gununsesi.info