Qobu qəsəbə sakini 21 yaşlı Elnur Şıxməmmədov Abşeron rayon polis idarəsi əməkdaşları tərəfidən qohumunu bıçaqladığına görə saxlanıb. Gununsesi.info xəbər verir ki, Elnurla söhbət zamanı məlum oldu ki, onun cinayət törətməsinə səbəb atasının xalasıoğlu Meydanın anası haqqında dediyi xoşagəlməz şaiələr olub. Suraxanı rayonu neftdaşlarında işləyən Elur şaiyələr haqqında isə səhər saatlarında işdən evə gələndə anasından öyrənib. Daha sonra Elnur qohum Meydana zəng edərək onu Qobuda yerləşən kərpic zavoduna çağırıb. Meydan hər şeyi inkar etsə də, Elnur ona inanmayıb üzərindəki bıçaqla zərbə endirib.
Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info