ABŞ-ın Nyu-York şəhərində yeniyetmə anasının boğazına bıçaq dayayaraq girov saxlayıb. Evə gələn polis gənci tək güllə ilə başından vuraraq öldürüb.
Gununsesi.info xəbər verir ki, ötən ilin dekabrında baş vermiş dəhşətli hadisə ilə bağlı videonu Nyu-York polisi yayıb.
Görüntülərə və polis ifadələrinə görə, 30 yaşlı şübhəli Maykl Dotel anasının boğazına bıçaq dayayaraq onu girov götürüb. Evə gələn polis məmuru Aleks Morgese yaxın məsafədən Dotelin başına bir atəş açıb. Qanlar içində yerə yıxılan və ağır yaralanan Dotel aparıldığı xəstəxanada ölüb.
Yeni yayılan görüntülərə görə, Dotel anasını qarşısında qalxan kimi saxlayaraq polisə “Vur məni, vur məni” deyə qışqırıb. Polisin gəncə “bıçağı at” dediyi görülüb. Polis gəncin başına bir güllə vuraraq, onu zərərsizləşdirib.
Hadisədən sağ çıxan Dotelin anası və yaralı bacısına xəstəxanada tibbi yardım göstərilib.
Gununsesi.info