Türkiyənin Diyarbəkir vilayətində 5 uşaq anası 35 yaşlı Esma Yücel oğlu tərəfindən öldürülüb.
Gununsesi.info xəbər verir ki, narkotik aludəçisi olan Süleyman Yücel anasını qısaqol paltarla balkona çıxdığı üçün öldürüb.
Hadisədən sonra yoxa çıxan və 2022-ci ilin yanvar ayınadək Şırnakın Silopi rayonunda 6 ay gizləndikdən sonra polisə təslim olan gənc qadının oğlu anasını öldürmədiyini iddia etsə də, həm atası, həm də qardaşları ifadələrində Süleymanın anasını öldürdüyünü söyləyib.
Həbs edilən qətldə şübhəli bilinən şəxsə qarşı “qəsdən adam öldürmə” cinayətinə görə ömürlük həbs tələbi ilə iddia qaldırılıb.
Məhkəmə Süleyman Yücelə ağırlaşdırılmış ömürlük həbs cəzası verib. Apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
Gununsesi.info