Çinin Tszyansu əyalətində anbarda baş verən yanğın 5 nəfərin ölümü ilə nəticələnib.
Gununsesi.info xəbər verir ki, yanğın Suçjou şəhərində yerləşən mebel anbarında baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər binadan 5 nəfəri çıxarsa da, sonradan onlar aldıqları ağır yanıq xəsarətlərindən həyatını itirib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır. Ümumilikdə 200 kv.m sahə yanıb. (“Report”)