Ancelina Coli BMT-nin baş katibi olmaq istədi, boşandı

  • By admin
  • 25 Sentyabr 2016 22:56

download-14

 

Məşhur aktyorlar, Hollivud ulduzları Ancelina Coli və Bred Pittinin ailəsinin dağılmasının əsl səbəbi bəlli olub.

Gununsesi.info xəbər verir ki, 42 yaşlı A.Colinin məhkəməyə boşanma ərizəsi ilə müraciət etməsi onun siyasi ambisiyaları ilə bağlıdır. A.Coli BMT-nin baş katibi seçilmək istəyir və buna görə iki siyasi məsləhətçi də tutub. 52 yaşlı Bred Pitt isə BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarının sülhməramlı səfiri olan xanımının xeyriyyəçilik fəaliyyətinə əsla mane olmayıb. Lakin Pittin səbr kasasını daşdıran məqam Colinin münaqişə zonalarına uşaqları ilə birlikdə yollanması olub.

Bred Pittlə Ancelina Coli arasındakı son mübahisə isə aktrisanın Suriyaya uşaqlarını da aparmaq istəyi idi.

A.Coli məhkəməyə boşanma ərizəsi ilə müraciət etməzdən 3 həftə əvvəl Malibuda ayı 95 min dollardan kirayə villa tutub. Hazırda aktria 6 övladı ilə birlikdə bu villada yaşayır.

 

Gununsesi.info