Bred Pit və Ancelina Coli bir-birlərindən boşanırlar. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun məhşur cütlüyünün boşanma sədaları yenidən gündəmi zəpt edib. Bir müddət öncə boşanma istəyinin yalan olduğu məlum olsa da bu dəfə “Star” jurnalı yeni hesabat yayıb. Jurnalın açıqlamasına görə ailə artıq birgə yaşamır. Deyilənə görə Bred Pit Fransaya uzun müddətlik gedərkən Ancelina Coli övladları ilə birgə ABŞ-da qalıb. Jurnalın hesabatında bildirilir ki, Ancelina Coli yoldaşından ona xeyanət etdiyinə görə ayrılmaq istəyir və bunun üçün kifayət motivləri olduğu vurğulanıb. Ancelina Coli artıq bu cür həyatdan təngə gəldiyini və yaşam tərzini dəyişmək istədiyini bildirib. Hətta Los-Angeles məhkəməsinə də müraciət olunub.
Sevinc Xeyrulla