XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

24 May 2016 - 17:41

Ancelina Coli müəlliməliyə başladı

ancelina

Dünya şöhrətli aktrisa, səfir, BMT-nin miqrantlar və qadın hüquqları üzrə müdafiəçisi Ancelina Coli London İqtisadiyyat Məktəbində qadınlara müharibənin təsiri haqqında dərs deməyə başlayacaq. Aktrisa məktəbə dəvət edilmiş müəllimə kimi dərs keçəcək.

“Bu proqramın yaradılması məni çox ruhlandırdı”,- deyə Coli öz yeni vəzifəsi haqqında danışarkən bildirib.

“Qadın hüquqlarının müdafiəsi haqqında diskusiyaları genişləndirmək, qadınlara qarşı törədilən-cinsi zorakılıq kimi cinayətlərin cəzasız qalmasına son qoymaq lazımdır”.
London İqtisadiyyat Məktəbindən verilən məlumata görə, kursa informasiya dəstəyini qadın hüquqları mərkəzi verir. Sülh və təhlükəsizliyə əsaslanan proqramda Coli ilə bərabər Böyük Britaniyanın keçmiş xarici işlər naziri Vilyam Heyq da iştirak edir.
2012-ci ildən bu yana aktrisa və siyasətçi birlikdə münaqişə zonalarında qadınlara qarşı cinsi zorakılığın qarşının alınması üçün kampaniya keçirir. Heyq də aktrisa kimi London məktbində dəvət edilmiş müəllim kimi dərs deyəcək.