Ancelina Coli yeni imici ilə ictimaiyyət qarşısına çıxdı — FOTOLAR

Aktrisa Ancelina Coli tamamilə yeni imici ilə ictimaiyyət qarşısına çıxıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

50 yaşlı Ancelina Coli saçlarını sarıya boyayıb və kare kəsdirib. Aktrisa Londonda yeni çəkilən “Anxious people” filminin çəkiliş meydançasında paparatsiyalara tuş gəlib. O, ağ ziyafət paltarı və ona uyğun tonda ayaqqabı geyinib. Coli obrazını qırmızı dodaq boyası ilə tamamlayıb.

 

Gununsesi.info