Aktrisa Ancelina Coli ilə bağlı hər kəsi şok edən oğurluqda günahlandırılıb.
Gununsesi.org Axşam.az-a istinadən xəbər verir ki, əvvəl aktrisa ilə çalışan Antuanet Abbamonte “Coli ideyalarımı oğurladı. Yanında işlədiyim vaxtda mənə istedadı olmayan biri kimi davranırdı” deyib.
Eşitmə və danışma qüsurlu olan Abbamonte aktrisa ilə işləyəndə dünyanın ilk lal və kar qəhrəmanı haqqında film çəkmək istədiyini söyləyib. Ancelina isə bu ideyanı “Eternals” filmində reallaşdırıb.
O, Colinin onun fikirlərini oğurlayaraq, özünü dünyanın xeyirxah insanı kimi təqdim etməyə çalışdığını söyləyib.
Gununsesi.org