Andorrada Nizami Gəncəvinin əlyazmaları nümayiş etdirilib

  • By admin
  • 14 İyun 2016 14:12

 nizamiiii

Andorrada Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı çərçivəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib. Bu haqda Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsinin sözçüsü Esmira xəlilova məlumat verib. Onun sözlərinə görə, sərgidə böyük mütəfəkkirin əsərlərinin əlyazmaları nümayiş etdirilib, əlyazmaları qonaqlar maraqla qarşılayıb: “Nizami Gəncəvinin bütün əsərlərindən səhnələrin yer aldığı sərgidə İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış edib. Şairin yaradıcılığına nəzər salan İ.Seragəldin onun dünyaca məşhur əsərlərinin zəngin xəzinə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda Nizami yaradıcılığının zirvəsi sayılan “Xəmsə”dən bəhs edib, beşliyə daxil olan əsərlər haqqında qonaqlara geniş məlumat verib”-,deyə o bildirib.

HTML tutorial

Gülnaz Qənbərli

 

nizami]

 

 

nizamii