
Türkiyəli polis Mövlud Mərd Altıntaş tərəfindən dekabrın 19-da Müasir Sənətlər Mərkəzindəki sərgidə qətlə yetirilən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla bağlı Rusiyanın ölkəmizdə fəaliyyət göstərn səfirliyi məlumat yayıb.
Gununsesi.info-nun xəbərinə görə, səfirlik A.Karlovun həyat və fəaliyyəti haqqında məlumat verib.
1954-cü ildə dünyaya gələn A.Karlov, 1976-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan məzun olub. 1992-ci ildə isə Diplomatik Akademiyanı bitirin Karlov 1976 –cı ildən bəri diplomatik sahədə işlərini davam etdirib.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində, həmçinin xarici səfirliklərdə vəzifə alıb. 1976-1981 və 1984-1990-cı illərdə SSRİ-nin Şimali Koreyadakı səfirliyində, 1992-1997-cı iilərdə isə Rusiyanın Cənubi Koreya Respublikasındakı səfirliyində fərqli vəzifələrdə işləyib.
Karlov 2001-2006-cı illərdə Şimali Koreyanın səfiri vəzifəsini icra edib. 2007-2013-cü illərdə isə ölkəsinin Xarici İşlər Nazirliyinin konsulluq işləri üzrə baş katibin müavini və rəhbəri olaraq işləyib.
Səfir Karlov 2013-cü ilin iyul ayından Rusiyanın Ankaradakı səfiri olaraq vəzifəsini davam etdirirdi. Koreya və ingilis dilini bilən səfir evli və bir uşaq atası idi.
Gülnaz Qənbərli
Gununsesi.info