Ankara ABŞ-la əlaqələrin normallaşdırılmasının şərtlərini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, diplomatların 9-cu konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-Türkiyə münasasibətlərinə toxunaraq deyib ki, Ankara ilə Vaşinqton arasında əlaqələrin normalaşdırılması üçün iki əsas şərt var. “Bunun birincisi, Amerikada özünə sığınacaq alan FETÖ lideri Fətullah Gülən və onun yaxın dairəsinin təxirə salınmadan Türkiyəyə təhvil verilməsi, ikincisi isə PKK terror təşkilatının qolu olan YPG ilə işbirliyinə son verməsidir. Məhz bunun nəticəsində yenidən sıx əməkdaşlığımız mümkündür”- deyə, M.Çavuşoğlu vurğulayıb.
Nazir əlavə edib ki, bu iki şərtin yerinə yetirilməsi nəticəsində Ankara ilə Vaşinqton arasında əlaqələr əvvəlki strateji səviyyəyə qalxa bilər: “Çünki bu iki ölkənin geniş coğrafiyada və məsələlərdə ortaq strateji maraqları üst-üstə düşür”.
Avropa Birliyi ilə bağlı məsələyə də toxunan nazir deyib ki, Amerikadan olduğu kimi, Avropa Birliyindən də eyni mövqeni gözləyirlər və Avropa Birliyi liderlərindən bir sıra məsələlərlə bağlı konkret mövqe ortaya qoymalarını istəyirlər:
“Bu gün Avropa anlamalıdır ki, bu bölgənin sülh, təhlükəsiz bir şəraitdə və rifah içində yaşamasında Türkiyənin rolu əvəzsizdir. Dünən olduğu kimi, gələcəkdə də Türkiyə Avropanın təhlükəsizliyinin təmin olunamsında önəmli rol oynayacaq”.
Nazir deyib ki, əgər Türkiyə Avropa Birliyinə daxil olmayacaqsa, o zaman bu qurum natamam bir təşkilat olacaq: “Ona görə də Avropa Birliyi Türkiyənin özündən kənarlaşdırmamalıdır. Yabançı düşmənçilik və İ-islamafobiya Avropanı geri atacaq. Avropa bu yolda davam edərsə, xəstələnər. Bundan hamı ziyan çəkər”.
Nazir qeyd edib ki, bununla da avropalı dostlarına mesaj vermək istəyirlər: “Avropa bu siyasətindən geri addım ata bilməyəcəyi təqdirdə, geriyə doğru gedəcək. Odur ki, verdiyiniz sözə əməl etməlisiniz. Qaçqın problemi və viza məsələsi ilə bağlı verdiyiniz sözdən qaçsanız da, Türkiyə verdiyi sözə əməl etdi. Bu məsələlərlə bağlı verdiyiniz sözə əməl etməlisiniz. Digər məsələ isə ondan ibarətdir ki, PKK, FETÖ, YPG və digər terror təşkilatlarına qarşı mübarizədə səmimi olmağınızı və ortaya konkret mövqe qoymağınızı istəyirik. Bu məsələlərdə açıq mövqe nümayiş etdiməlisiniz. Bundan əlavə, 50 ildən bəri Türkiyənin Avropa Birlyinə üzvlüklə bağlı maneələri aradan qaldırmalısınız. Çünki biz də Avropanın bir paçasıyıq. Bizi kənara atmayın və bunu edə bilməzsiniz. Son olaraq isə
onu demək istəyirik ki, əgər bunu etməzsinizsə, Türkiyənin xarici siyasəti Şengendən Şanxay arasına sığmayacaq qədər zəngindir”.
Gununsesi.info