Ankara Afinadan Türkiyə bayrağını yandıran şəxslərin saxlanılmasını tələb edir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN-in bəyanatında qeyd olunur ki, rəsmi Ankara, həmçinin martın 5-də sağçı radikal qruplaşmaların etiraz aksiyasında Türkiyə bayrağının yandırılmasını pisləyir:
“Yunanıstan hakimiyyəti Türkiyənin tələblərini dərhal yerinə yetirməli və günahkarları cəzalandırmalıdır”.
Gununsesi.info