

Ankara Rusiyadan C-400zenit-raket kompleksini almaqla bağlı lazımıi sənədləri imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin parlament fraksiyasının toplantısında çıxışı zamanı səsləndirib. “Rusiya ilə lazımi addımları ataraq sənədləri imzalamışıq və biz yaxın gələcəkdə ölkəmizdə C-400 raketlərini görəcəyik. Və biz bunun birgə istehsalına da başlayacağıq”- deyə, Türkiyə prezidenti Ərdoğan bəyan edib.
Türkiyə prezidenti R.T. Ərdoğan konkret olaraq hansı sənədlərin imzalanması dilə gətirməsə də, deyib ki, C-400 raketinin alınması ilə bağlı Moskva ilə aparılan danışıqlar demək olar yekunlaşıb.
Ərdoğan onu da əlavə edib ki, hər bir ölkə özünün təhlükəsizliyinin təmin olunması üçün lazımi addımalr atır və biz də belə bir addım atmışıq və bu qərarımızda haqlıyıq.
C-400 raketlərinin birgə istehsalına gəldikdə isə Ərdoğan deyib ki, bu hələlik bir niyyətdir: “Əgər biz ABŞ-la uzun müddət birgə əməkdaşlığımıza baxmayaraq belə bir müdafiə sialhını istehsal edə bilmirksə, o zaman biz özümüz bir qərar qəbul etmək zorunda qaldıq”.
ərdoğan Vaşinqtonun Ankaranın C-400 raketini əldə etməsi ilə bağlı narahatçılığını da cavabsız buraxmayıb. O deyib ki, Yunanıstan C-300 raketindən istifadə edərkən heç ABŞ narahat olmur: “Bəs onda niyəbiizm rusiya ilə əməkdaşlığımızdan narahatçılıq keçirir?!”



Gununsesi.info